OLMUR ƏZİZİM
Deyirsən qaşların niyə çatılıb,
Bu dünyaya gülmək olmur əzizim. İşimizdən neçə əmma çıxardır, Hər sirrini bilmək olmur əzizim. Qəlbimizdən sevincini itirir, Dərdimizi yüzə, minə yetirir. Ömrümüzü ağrı-acı bitirir, Bir rahatca ölmək olmur əzizim. Əflatunun qəddi yaya bənzəyir, Günlərimiz yasa, vaya bənzəyir. Gecə-gündüz axan çaya bənzəyir, Göz yaşını silmək olmur əzizim. |
İçtenlikle tebrik ederim…
Şiirsiz sevgi olmaz…
...........................................Selam ve saygılarla..