HƏYATDI,AXIR GEDİR
***
Həyatdı,axır gedir, İnsanlar çökür qalır. Şəkil boz,şəkil əski, Daşlara çəkir qalır. * İstəklər arac olur, Böyüsün,əlac olur, Oğullar ağac olur, Babalar əkir qalır. * Bir çiçək bəhər ölür, Bir dəri yəhər ölür, Atları kəhər ölür, Ayağı səkir qalır. * Əllər haqda qalınca, Baxtabaxta qalınca, Umud taxta qalınca, Fağırlar fakir qalır. *** |