UYKU
***
Sən bir qovaq ağacısan,təkayaqlı, ayağını mişarlayırlar, əlvan bir quşun ətcə balalarına görə, koğuşunda saxlarsan anandan, anansa elə həmin qadındır, adam qadın. Gün doğur... Səni savaşa çağırırlar, sənsə qovaqsan, qovaq adam, amma duyursan ki... Duyursankı bu "Qarabağ şikəstəsi"dir. Dolu yağır,güllə dolusu, sinəndə kiçicik dəliklər, ayaqlarına axan dümağ qan... Üstünə bayraq şəkli çəkirlər, şəhid olursan,amma ölmürsən... Savaşırkən yalnız yuxuda ölmürlər... *** |