BƏYƏNMƏYİR ( Müasir modabazlara )
Bir zamana yetişdi ki,
Qız ananı bəyənməyir. Oğul gəzir öz kefinə, Dərd qananı bəyənməyir. Cırıq şalvar, dar tumanlar, Gündə bir mod axtaranlar, Bu geyimi lüt-üryanlar Ar sananı bəyənməyir. Hardan gəldi bu tərbiyə, Avropalı olduq deyə? Ala qarğa baxıb göyə, Şux sonanı bəyənməyir. Ay Əflatun, bax gərdişə, Abırsızlar döyür döşə. Belə hala, belə işə Bu yananı bəyənməyir. |
Kaleminiz dik dursun…
.................................. Saygı ve Selamlar..