TƏKƏ-TƏK ( Dodaqdəyməz cığalı təcnis )
Nə yaxşıdır çəksən eyşi-işrəti,
Sən canan yanında elə təkə-tək. Təkə-tək, Qaldın niyə tək ə tək? Sarıl yara həsrətlə, Danış gizli, təkə-tək. Naz eyləyə, hərdən gələ yanına, Geyinə əyninə zərli tək ətək. Ah eylədi aşiq, yandı, dərdi nə? Hərcayılar cəhd elədi, dərdi nə? Dərdi nə, Ağlayanın dərdi nə? Yaxşı qardaş hardadı, Qala qardaş dərdinə? Dərd çəkənlər sığal çəkdi dərdinə, Niyə qaldın sən də axı tək, ə tək? Yar yarına şirin gələ yetişə, Qeyrət elə, çalış sən də yet işə. Yetişə, Yet haraya, yet işə. Dərdə əlac Haqdandı, Axır gələ yetişə. Yaradanın haq nəzəri yetişə, Ay Əflatun, sıx sarıla təkə tək. |
Dileğim Şiiriniz ve yürek sesiniz daima kutlu ve mutlu olsun...
Şiirsiz sevgi olmaz…
...........................................Selam ve saygılarla..