HARDASAN, HARDASAN AY EV YİYƏSİ?
Gecə qaranlıqda qurd fəal olur,
Baxımsız evlərə çaqqallar dolur, Həyətdə bağçanın gülləri solur. Qulaqlar batırır vəhşinin səsi, Hardasan, hardasan ay ev yiyəsi? Yatmısan? Bir oyan qəflətdən daha, Bu yuxun oturar sənə çox baha, Haray çək, yetişsin ünün Allaha. Hər fağır bəndənin var bir kimsəsi, Hardasan, hardasan ay ev yiyəsi? Axı bezmisənmi həyət-bacandan? Ev də nifrət edər qoyub qaçandan, Toz basar yuvanı quşlar uçandan. Varmı laqeydliyin bundan ötəsi, Hardasan, hardasan ay ev yiyəsi? Yurdun daş-divarı qanlar ağlayır, Hörümçək hər yanda torun bağlayır, Bu cür baxımsızlıq ürək dağlayır. Sənmi yurddan, yurdmu səndən küsəsi, Hardasan, hardasan ay ev yiyəsi? |
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..