KƏDƏR ARASINDA BİR AN PAUZA...
***
*** Hərənin öz daşı öz başı boyda, Bəs niyə mən başın daşı agırdır? Kədəri bir damla göz yaşı boyda, Mənim kədərimin yaşı ağırdır? * Söyləmə bu adam kədərdən yazır, Ya kədər qismətim,qədər yazımsa...? Ovcumda santimlə qədərdən yazan Alnımda qarışla kədər yazırsa...? * Ya qədər kədərsə,sevinc nədir ki? Kədər arasında bir an pauza... Gedirəm yol boyu yağmur içində, İki qar arası duman pauza... * Mizan-tərəzimdə iki göz kədər, Ufağı,ağırı sanki,ömrümün. Sevinc arvasıdır dənə duz qədər, Dəyişər,görmədim dəngi ömrümün. * Allah vermədi ki,o ovcu mənə, Ay adam,axtarma,əlim yoxdu ki. Əlli qat kədərəm,bir qat sevinc mən, Bax gör arasında ölüm yoxdu ki?... *** |
Emeğine yüreğine sağlık
Kalemin susmasın
________________________________Selamlar