ÖTƏN GÜNLƏRİMİ XATIRLAYARKƏN. . .
Elə bil dünəndi gənclik çağlarım,
İllər gəldi yaşım üstə yığıldı. Həsrət mənə yoldaş oldu anbaan, Dərdi-qəmim başım üstə yığıldı. Elə bil dünəndi o xoş günlərim, O şirin günlərim yadımdan çıxmır. Nə yaman zalımsız illər, ay illər, Soğulub bulağım, daha gur axmır. Xəyallar aparır məni keçmışə, Düşüncəm pəjmürdə, fikir dolaşıq. Hər dəfə baxanda böyük güzgüyə, Heyrətə düşürəm kədər qarışıq. Bir zaman üzümdən gülüş yağardı, İndi əzab alır onun yerini. Təəssüf edirəm keçən günümə, Silgikcə dəsmalla alın tərini. Nə qədər çətinlik çəkirəm bilsən, Ötən günlərimi xatırlayarkən. Min dəfə ölürəm o günlərimi Şeir dəftərimə sətirləyərkən. |
Şiirde Hisli duyguların canlı kalışı haz verici...
Tebrik ederim…
Şiir sev, şiir yaz, şiir oku...
...................................... Saygı ve selamla.