1
Yorum
3
Beğeni
5,0
Puan
789
Okunma
"Çox qəmli yazırsan " deyir birisi,
Hər kəs gördüyünü yazır qardaşım.
Cah-cəlal içində üzür kimisi,
Dərdlə keçir mənim qovğalı başım.
Belə qurulubdur gərdişi-zaman,
Bu dünya hamıya verməyir nəşə.
Kimi öz bəxtindən yarıyır yaman,
Mən də dərdlərimi etmişəm peşə.
Günlər gəlib keçir ağlı-qaralı,
Biri sevinc görür, biri yaralı,
Hərənin bəxtinə bir qismət düşür.
Bilirəm, dünyanın ləzzəti çoxdur,
Onun ki hamıya faydası yoxdur,
Mənim də qəlbimi dərdlərim deşir.
5.0
100% (1)