DÜZƏLMƏZ
Arifə bir işarə də yetərli,
Kal qananı ha dürtmələ, düzəlməz. Düz ağacın yonulması asandır, Düyünlünü ha kərtmələ, düzəlməz. Haq sevənlər haq yolunda çalışqan, İki üzlü sağa-sola alışqan. Əyrilər ki əyri yola alışqan, Doğru yola ha sürtmələ, düzəlməz. Alçaqların görünərmi hünəri, Nə anlayar ədəb-ərkan sərsəri. Ay Əflatun, ağıldan zay peysəri Ha təpiklə, ha çırtmala, düzəlməz. |
Şiirin bir damlası bir bütünün, bütün özelliklerini taşır...
Şiir iyiliğin anasıdır…
............................................... Saygı ve selamlar..