QARATELLƏ SARITELİN DEYİŞMƏSİŞiirin hikayesini görmek için tıklayın Azərbaycandan Rusiyaya gedib, sarı saçlı rus qızlarına bənd olan bəzi azərbaycanlı oğlanlarla rus qızlarının deyişməsi
Qaratel:
Gördüm səni, ağlım başdan oynadı, Gülüşünə qanım yaman qaynadı, Belə durub, elə getmək day nədi? Qəbul etsən sözümü ay sarıtel, Eyləyərəm canımı pay, sarıtel. Sarıtel : Qara saçı qəşəng yana darayıb, Demək sənə sarı tellər yarayıb. Qürbət eldə sarı saçı arayıb, Nə salmısan aləmə hay, qaratel, Yığ başına ağlını ay qaratel. Qaratel : Sarı telin işvə-nazı yamandır, İnciməsin qara tellər, amandır, Dünya mənə zindan xeyli zamandır. Gəl mehman ol, həsrətəm ay sarıtel, Yoxdur sənə aləmdə tay, sarıtel. Sarıtel : Od-alovdur bizim işvə-nazımız, Bəzən qışa dönür bahar-yazımız, Qara telin nazına var sözümüz. Mən deyəcəm, sən də ki say, qaratel, Gör olarmı dözümün ay qaratel? Qaratel : Vurulmuşam o dalğalı tellərə, Şirin-şirin ötən ballı dillərə, Bənzərin var çəməndəki güllərə. Gəl ol mənim bülbülüm ay sarıtel, Sənsiz günüm olacaq vay, sarıtel. Sarıtel : Bəzək vurma allı-güllü sözlərə, Sizin qızlar bənzəmir ki bizlərə. Ürcah olsan bizdəki boz üzlərə, Qəddin olar sonra bir yay, qaratel, Get qara saç axtar tap ay qaratel. |
Qelemin susmasın
_________________________Salamlar