MƏRD
Seyrangahdı, aç gözünü, seyr elə dünyanı mərd,
Tamaşadı, gör nə gözəl qurub kərəm kanı mərd. Dərk eyləyən bu nizamı, Haqqa duaçı olar, Yaradanım izin versə, gəzər hər bir yanı mərd. İbrət üçün yaranıbdır cahanda yaxşı-yaman, Ürəyini geniş saxla, çəkmə dildə ah-aman. Əgər biri üzə gülsə qarşına çıxan zaman, Əsil dostu, can sirdaşı yaxşı bəllə, tanı mərd. Əflatun Hüseynoğluyam, Keşəlidir nisbətim, Yırğançayda doğulmuşam, Keşəlidə qismətim. İki eldə ad qazandım, təmiz oldu ismətim, Hər yetənə bac vermədim, yaşadım dövranı mərd. 01.10.2018. |