GÜNAHKAR...QƏDƏRDİ
***
*** ("xatirələr sokağından") *** Erkən qar yağırdı... Dönürdü buza qırovlar saçımda,kiprikl ərimdə. Sənsə gec qalmışdın otuz doqquza. Bəlkə də xəstəydin... Metronun arxası. İlk dayanacaq. Narın qar sevirdi xışıldamağı. Bu qarlı dünyada mənimsə ancaq ..xəyallarım vardı... Şaxtanın özü də nigaranıydı, Bəlkə də,günəşin iyini almış. Səmanın ruzisi qar,dumanıydı, ...hökmüsə Tanrının... O da üzməmişdi umudlarımı, Səbrini paylayıb duyğularıma. Bilmirdim qarğıyım buzu,qarı mı, ...sənsə gəlməyirdin... Qırov eyləmişdi zar çiçəkləri, Rəngi avazımış gülsatan qızın. Səmadan yağırdı qar çiçəkləri. ...sənsə gəlməyirdin... Müqqədəs ruh kimi anırdım səni, Dikib gözlərimi qibləgahıma. Simsiyah mantodan tanırdım səni. ...bir də qoxundan... Bir də gözlərindən... İri,alaydı. Dünya intəhasız onu görəndə, Dilərdim,kaş onlar belə qalaydı. ...necə alaydı... Səni gizlədərdi bu dayanacaq, Xəlvətcə baxardım,getmis ən bəlkə, Yosun saçlarını sevməzdim,ancaq ...səni çox sevərdim... Bilməm sənə necə,mənə darıydı Qoxumuş salonu otuzdoqquzun. Günahkar buzmuydu, bəlkə qarıydı. ...bəlkə qədəriydi... Səni götürsəydim öz arabamla. Lap krallar kimi. Kareta verin! Enirkən təzim et! Yüz arabamla ...səni götürsəydim... -Çəkil,yol ver enim! Ayılıram,ah Qanadı qırılmış xəyallarımdan. Səni gah görürəm,görmürə m də gah. ...bir addım öndəsən... * Bu da qapıları unversitetin, Mənim duracağım son vida yeri. Enib ayrılırıq sən sus,mən mətin... Daha görüşmədik o gündən bəri. * İlləri ötürüb ağlı qaralı, Sənin xəyalınla sənsiz yaşadım. Sarı sünbül kimi süsənə qalıb, Bəhərsiz yaşadım,dənsiz yaşadım. * Həsrət oyalandı kədər adına, Bir ömür boynumda töhmətə döndü. Nələri unutdum qədər adına, Nələri itirdim,qismətə döndü. * Səni unutmadım. Hər qar gələndə Duyuram,səmadan baxırsan mənə. Durnalar dönəndə,bahar gələndə Şimşək gözlərinlə çaxırsan mənə. * İllərdi susqunam,dalmış am qəmə, İçimdə qüssədi,kədərdi ,vallah. Bir zaman görüşsək günahkar demə, Günahkar qişmətdi,qədərd i,vallah! *** |
Kalemin susmasın
________________________Selamlar