ÇAYIRLAR VƏ İNSANLAR
***
*** Bəlkə insanlar da təbiət kimi, Bəlkə təbiət də insanlar kimi. İnsan sürüləri qoxuyar necə Eləcə qoxuyar qaldırsan çimi. * Qurdlar,qarıncalar,bitlər,birələr... Gör çimin altında nə canlar yatır. Hər şapqa altında millətdi guya, Ağlı sürüləşmiş insanlar yatır. * Bir sinək,bir insan. Fərqli iki can, Birinin qanadı,birinin beyni. Biri vara qonur,biri şirəyə. Formalar müxtəlif məzmunlar eyni... * Qədim bağçamızda nə vaxtdan bəri Kəsilib atılmış nar şəli durur. Altından cücərib qalxmış çayırlar, Necə təkəbbürlü,öfgəli durur. * Dayaqdı,arxadı çayır-çəmənə Quru budaqların ara-bərəsi. Bir şəlin atalıq qayğısına bax, Nə şapqa,nə vergi,nə ev kirəsi. * Tutub ətəyindən şax budaqların Uzanıb böyümüş,yekəlmiş çayır. Toyuğun,cücənin gözündən iraq Şəlin kölgəsində dikəlmiş çayır. * Bir addım o yanda həmincə çayır Yerdə sürünməkdən dizləri qançır. Qonşunun iti də almır vecinə, Üstünə başına eləyib qaçır. * Nəyi var yazığın elə əynidir, Siçanlar cibində eşələnirlər. Toyuqlar başından bir qappam alır, Cücələr dibində eşələnirlər. * Arxalı kopəklər deyir qurd basar, Səni qurd-quş yeyər arxan olmasa. Bu dünya belədir,basıb keçərlər, Arxandan,dalından qorxan olmasa. * Ağacın yoxdursa kölgələnməyə, Dayağın yoxdursa tutub durmağa, Başında şapqalıq biri yoxdursa, Nə hacət ev tikib,eşik qurmağa. * Böyük insanların böyük kölgəsi, Böyük ağacların böyük kölgəsi. Özündən böyükdə kölgələnərək Kölgələr böyüdür böyüyən kəsi. * Çayırsan,çəmənsən,adamsan,itsən, Ayaqda durmağa yiyən gərəkdir. Gümüşdən qanadı at arzulama, O atı sürməyə yüyən gərəkdir. * Qayğıya möhtacdı canlı və cansız. Ya çayır,ya insan sürüsü olsun. Nə fərqi adamdı,şaxdı-şəvəldi, Təki qoruyacaq birisi olsun. *** |
Qelemin susmasın
____________________________________Salamlar