BİZ MÜQƏDDƏS ÖLMÜRÜK
***
*** Payız bizə köçən rüzgarlar kimi köçüb bizə gəlmir köçmən quşları. Bizim meşələrdə pələng olmayır, bizim dəfnələrdən çələng olmayır, bizim şəhidlərimiz olur. Ərinir uçmağa bizim uçaqlar, dərində üzməyə bizim gəmilər, bizim qum qıyılar qadın zorlayır... Zifaf gecələri olmur bizlərin, aybaşı gecələri olur, aylı gecələrdə. Köpəklər bəmbəyaz gəlin geyinir, gəlinlər qırmızı dəli geyinir, dəli köynəyinin qolları olur, qolların ağarmış qılları olur. Boynumuz qıldan incə... Bizim toprağımız yoxdu müqəddəs, bizim günəşimiz yoxdu müqəddəs, bizim ayımız yoxdu müqəddəs, bizim Qanq çayımız yoxdu müqəddəs. Biz müqəddəs ölmürük... *** |
Qelemin susmasın
__________________________Salamlar