BİR SABAH OYANIB GÖRMƏSƏN MƏNİ
***
*** Bir sabah oyanıb görəcəksən ki, Boş qalıb yanının mən yatan yeri. Gün üzü gündüzün elə qaralıb, Buludlar bürüyüb gün batan yeri. * Yəqin ki,ağlarsan qırxıma kimi, Bəlkə də ağlarsan bir ömür boyu. Gecələr gələrəm yuxularına, Yuxun bir kiprik,bir çimir boyu. * Ayağın kəsilər gəzintilərdən, Getməzsən düyünə,toya getməzsən. Əlacın kəsilər, adam üzünə Gedərsən,saçında boya getməzsən. * Divardan asarsan böyük şəklimi, Üzümə toz qonar,hərdən silərsən. Sildikcə tökülər yanaqlarımdan, Ağlaya-ağlaya yerdən silərsən. * Məndən danışarsan torunlarına, Bəzən,ara-sıra yada salarsan. Birinə adımı qoyarsan mənim, Eləcə adımla layla çalarsan... * Vəsi yüngüllükdür. Ay qız,ağlama, Bəlkə yüz yaşadıq səninlə qoşa. Hələ toy eləyib gəlin gətirib Şəklini çəkəcəm gəlinlə qoşa. * Hələ bezəcəksən mən ixtiyardan, Hələ çox zəhləni tökəcəm sənin. Söküb bu evciyi damına kimi, Təzədən könlüncə tikəcəm sənin. * Amma,yenə də... Bir sabah oyanıb görməsən məni, Sıxarsan üzünə boş yastığımı. Qucardın bir zaman geç qayıdanda, İndi də qucarsan daş yastığımı. *** |
Qelemin susmasın
_________________________________Salamlar