GƏZƏRİ DÜNYA
***
*** Çox da gəzmə,ay oğul, Gəzən şələ bağlamaz. Bu keşməkeş,bu gediş, Düzən şələ bağlamaz. * Oğul gərək at üstdə, Dincəl üstdə,yat üstdə, Başı qoyub ot üstə Əzən şələ bağlamaz. * Dünya qarışdır,oğul, Qırış-qırışdır,oğul, Sən də qırışdır,oğul, Küsən şələ bağlamaz. *** Ləkəsi boyu boyda, Qan üzəri dünyanın. Bu fahişə,bu qəhbə, Bu gəzəri dünyanın. * Bir şumu,bir qarğası, Bir qarğalıq qorğası, Bir darı,bir darğası, Bir bazarı dünyanın. * Hörgüsü,hörüyü mən, Kömürü,körüyü mən, Vermir ki,kiriyim mən, Nə azarı dünyanın...?! *** |