BİR YARAMAZA CAVAB
Gah nala vurursan, gah da ki mıxa,
Sən hansı düz yola qədəm qoymusan? Fikrin dolaşıqdı, sözün qarışıq, Şər-böhtan sözünlə sinə oymusan. Acgöz xislətinlə oldun canavar, Axırda tamahın səni ac qoyar. Sənin tək müftəxor söylə, harda var, Bu qədər yemisən, haçan doymusan? Yalan, fırıldaqla keçir günlərin, Özün öz quyunu qazırsan dərin. Hamı bilir, budu sənin hünərin, Soyğunçu tək neçə ciblər soymusan. Bir belə gədəlik heç yanda olmaz, Etdiyin əməllər yanında qalmaz. Elə nanəcibsən, elə yaramaz, Bəd əməllə kor şeytana uymusan. Əflatun Haqq yola bağlanıb candan, Mayası tutulub tərtəmiz qandan. İlişmə gəl mənə, get dolan yandan, Həddini bil, axı ona taymısan? |
Azerice şiirleri çok severim.
Mehmet Ali Işık bey de yazar, ama şiirin sonunda kelimelerin
Türkçe karşılığını da verir çok kelimeyi anlamazsak nasıl yorum yaparız?
Hoşça kalın