QADIN AYAQLARI VƏ...SON MƏKTUB
***
*** Həyat ona görə maraqlıdır- qadına görə. Osa səsinə və ayaqlarına. Məncə də öylədir. Qadın səsi! Rənginə şəlalə qatmış ilıq bahar yağmuru o. Ölümünə umutsuzkən kiçicik bir dəlikdən zülməti belə mutlu edəcək işıq kimi. Sənin bəxtiyarlığın, özləmlərinin harmoniyası. Ən bəyaz qar xışıltısının sərxoşluğu, iki sevdalı sahildən birinə qoşan vüsal yelləri. O,qadın səsi! Mazut qoxulu tren istasyonunda gümüş donlu ayın süd işığına doyan soyuq sükutu bir barmaqla dilləndirən əsrarəngiz o səs... O qadının səsi... Rus gecələrinin yolçu romanlarındakı kimi... səkkiz notda qoşan əski bir şərqi xatirəsi. O səs sonsuzluğun türküsü- yalnız tanrılar söylərdi. O səs-qadın səsi... Və ayaqları... Hər kişinin yürüdüyü çaparı olmayan qərib yollardı o. O,eşqin ehtiras körpüsü, korsan belə keçəcəyin, o,cənnəti altına sərmiş gözəllik tanrısı, itaət edəcəyin. O,bir cüt əbruşam, yarpızlı tirələrdə bitən, dam dirəkləri,üstündə qırxotaqlı saraylar duran. Mən kəpənəyin qonduğu şaftalı çiçəkləri, ilğım səhralarda yürürkən dodaq suyum, bir loxma ağ əppəyim. Göylərin ən müqəddəs yolları ondan keçər, ondan- qadın ayaqlarından... """ Bir ömrü də böyləcə mən yaşadım fənalıqda... Dolablarda aradım haqqın ən böyük müjdəsini, xudanın lütfünü, rəbbin səxavətini- düşlərimdə gördüyüm eşqi... Əski məktubların içində aradım... Bulduğum sadəcə bir parça kağız oldu,üçcə kəlmə sözlə: "Sən sevməyi bilmədin ki..." Bəlkə nəsihətdən çox vəsiyyət zamanı söyləməyin. O da gəldi! Mən ağlımı kağıza köçürməyən biriyəm, heç sevmədim kağız yazıları. Amma,yazacağam! Bəlkə də ömrümdə yazacağım ilk məktub olacaq o. Və son məktub! Bir zaman toz basmış dolablardan, bəlkə də,sürtülmüş bavul ciblərindən cıxacaq o məktub. Amma,xəzan yapraqları kimi saralmış olacaq. İlk və son sətirləriylə... "Mən öləndə yanımda bir cüt qadın ayaqları basdırın, bir də səkkiz not qadın səsi... Saçın ucun hörməzlər, Sarı gəlin..." *** |
Beğenerek okudum…
Şiirin sesi hiç susmasın...
............................................. Saygı ve selamlar..