SİZİNLƏ
Gələcək nəsillər, sözüm sizədir,
İstərəm duyğular düzüm sizinlə. Görə bilməsəm də bəlkə sizləri, Bir nura boyana izim sizinlə. Ruhumla dolanam dağı-aranı, Sözümlə sağaldam dərdi, yaranı. Müxənnət paxılı, qəlbi qaranı Elə arxalanıb əzim sizinlə. Haqqın bol rəhməti yayıla düzə, Bal, şəkər bələnə dildə hər sözə. Xəyal aləmində durub üz-üzə, Qarışıb şadlıqda süzüm sizinlə. Mələklər qədəmin basa hər yerə, Gözəllik qovuşa gözəlliklərə. Sevən sevgisinin barını görə, Gur yana ocaqda közüm sizinlə. Əflatun, sözünə sən də nəşə qat, Sirli kəlmələrlə könüllər oyat. Nə qədər çətin də olsa bu həyat, Tapa bir dəyanət, dözüm sizinlə. |
Güzel olan herşeye duyulan duygudur şiir…
İyi bir yazınla duygu canlanmış…
Huzur şiirdedir…
_______________________________Saygı ve selamlar..