İNTİHAR HƏVƏSİ
***
*** Dışarıda vıyıltı,burum-burum burur qar, Düşmür gözümdən uyku,gözləyirəm basmasın. Tavanda midmarların halqaları cırıldar... Üzümə baxır kəndir.Məni assın,asmasın. Fərqinə varmadım ki,cəsarət nə,qorxu nə, Qürurum ölən andı...Ölmək keçir könlümdən. Bir turatax güc qoyub kəc fələyin çarxına Həyat dedik,o şeyi bölmək keçir könlümdən. Yox çamur izlərimdə bircə damla su nəmi, Ardınca qoşduğumu unudum yoxsa,yetər. Heç şansım qabartmadı bəyaz tüklə sinəmi, Bir barmaq yalamaqlıq umudum yoxsa,yetər. Yıxılıram özümdən son bahar dalı kimi, Ağ söyüd budağından alın burağac verin. Həvəs gəlib canıma intihar halı kimi, Mənə bir qulac kəndir,bir yaşıl ağac verin. *** |
Şiirinizi entresan ve şahane buldum ve gönül gözüyle beğendim...
........................................ Saygı ve Selamlar..