GƏZƏR
Yaranışdan nacins olan həmişə talan gəzər,
Cavanlıqda "mənəm" deyən, sonunda nalan gəzər. Qeyrətsizdə yox etibar, dostunu yada satar, Aldanma namərd sözünə, dilində yalan gəzər. Bu ki dədələr sözüdür, mən deyim sən qulaq as, Şərə meyil salan kəsi vurar İblisi-Xənnas. Hansı yerdə hörmət görsən, o məkana ayaq bas, Daxil olma hər saraya, içində ilan gəzər. Ay Əflatun, alçaq yerdə oturmaqdan etmə ar, Yekəxana danışana olmayıbdır Tanrı yar. Dünyanın ki qaydasıdır, hər şeyin bir sonu var, Kəhər atı bəyənməyən əlində palan gəzər. 14.08.2018. |
Beğendim...
Şiir sev, Şiir oku, Şiir yaz...
..................................... Saygı ve selamlar..