MÜBARƏKDİ BU TOYUMUZ, MÜBARƏK!
Payız gəldi, yenə ellər sevindi,
Gül arzular dilə gəldi, şən dindi, Ruh oxşayan söz meydanı var indi. Toy yiyəsi, diləyini önə çək, Mübarəkdi bu toyumuz, mübarək! İlahidən hər bir evə pay olsun, Nə gözəllik varsa eldə, qoy olsun, Cavanların gül ömründə toy olsun. Ey insanlar, bir ağızdan biz deyək, Mübarəkdi bu toyumuz, mübarək! Elimizin yayı-yazı sevinsin, Aşıqların tavar sazı sevinsin, Türk yurdunun oğlu-qızı sevinsin. Qoy qovuşan bu sevgini biz öyək, Mübarəkdi bu toyumuz, mübarək! Əflatunam, ürək sözüm sizlərə, Sevinc yaşı qismət olsun gözlərə, Sevgi dolu gülüş gəlsin üzlərə. Dolub-daşsın məhəbbətlə hər ürək, Mübarəkdi bu toyumuz, mübarək! 09.08.2018. |
Kaleminize ve gönlünüze sağlık...
………….………………. Saygı ve Selamlar…