GƏL SƏNƏ SÖYLƏYİM YENİ BİR ŞEİR
Yaman odlanmışam yenə bu səhər,
Düşmüsən yadıma, tapmıram təhər, Sənsizlik boy verib bağımda bəhər. Sən Allah, uzaqdan eyləmə seyir, Gəl sənə söyləyim yeni bir şeir. Ürəyim dərd daşı oldu, qocaldım, Dərd ilə yaşadım, dərdlə ucaldım, Dərdin yarışında qızıl tac aldım. Qəlbim alovlanır, gör nələr deyir, Gəl sənə söyləyim yeni bir şeir. Ayrılıq günündən olmuşam yetim, Bir dəri-sümüyəm, qalmayıb ətim, Sinəmi yurd edib ilk məhəbbətim. Eşqə dönük çıxan taparmı xeyir? Gəl sənə söyləyim yeni bir şeir. Əflatunam, xəbərsizəm özümdən, Nişanə qalmayıb taqət-dözümdən, Yaxın gəl, dərdimi oxu gözümdən. Həsrətin içimi qurd kimi yeyir, Gəl sənə söyləyim yeni bir şeir. 10.07.2018. |
....................................................Rudyard Kipling.
ŞİİRİNİZİ BEĞENDİM... .......................... Saygı ve Selamlar..