SƏRİNƏM İNDİ
Od qoyub sinəmə, üfürmə hədər,
Daha alışmaram, sərinəm indi. O közüm, ocağım çoxdan sönübdür, Olmuşam bir susqun, səri nəm indi. Öymə gəl özünü " gözələm " deyə, "Baxma hər gözələ, gözəl əm " deyə, Yazıq o günə ki, göz ələm deyə, " Mənəm " deyənlərin səri nə mindi? Az məni atəşə yandır, yax amdan, Söz deyim köhnədən, söküm ya xamdan? Qocalıq əl atıb tutub yaxamdan, Gəlib Əflatunun sərinə mindi. 11.07.2018. |
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..