PADİŞAH OLASAN HƏRƏMİN OLA
***
Adamın könlündən nə şeylər keçir? Padişah olasan,hərəmin ola. Bir yox,beş-altı yox,otuz-qırx nəfər... Özü də başında Hürrəmin ola. * Nə boyun vurasan,göz çıxardasan, Adamın adına söz çıxardasan, Bacandan tüstünü düz çıxardasan, Nə dərdin içində,vərəmin ola. * Söyələr dalınca külək apara, Xəlbirdən düşəni ələk apara, Adamlar qapından dilək apara, Balaca Allahdan kərəmin ola. * Baxasan yanında kimlər xallayıb, Kimlər bağdaş qurub ətək sallayıb, Çapasan atını yorğa,nallayıb, Məqsədin,əmməli məramın ola. * Kəlməyə,kəlama sözün tərəzi, Əyri əyiləndə düzün tərəzi, Çəkəsən adamı gözün tərəzi, İçində misqalın,qramın ola. * O vaxtlar,zamanlar hayıf deyildi, Onda vəzir-vəkil mayıf deyildi, Sultanlıq özü də keyf deyildi, Keyfiydı Hürrəmin hərəmin ola. *** |
GÖNLÜNE SAĞLIK...
..................................................... Saygı ve selamlar..