XƏZAN GÖNLÜMƏ DÜŞÜB
***
Süpürməyin xəzəli, Xəzan könlümə düşüb. Mövsümlərin gözəli Xəzan könlümə güşüb. * Rəngi darılar kimi Saçı sarılar kimi, Qızlar-qarılar kimi Xəzan könlümə düşüb. * Nə gözəl nar giləsi, Getməyin yargiləsi, Şehin nübar giləsi Xəzan könlümə düşüb. * Gedən xəlvət yerinə, Dönər əlbət yerinə, Şəkər,şərbət yerinə Xəzan könlümə düşüb. * Deyir bəsdir,bəlkə bu, Quru səsdir bəlkə bu, Son həvəsdir bəlkə bu, Xəzan könlümə düşüb. *** |
Qelemin susmasın
_______________________________Salamlar