MƏN SƏNİ SEVİRDİM,RUSİYA
***
Mən səni sevirdim Rusiya! Elə sevirdim ki. Dədəm Ələmdarın Yekatrinanı sevdiyi kimi sevirdim səni. Bu kafir qızının xəyalında dolandırdığı Qarabağ atları misalı. Genimə yazmışdım bu sevgini sonralar. Styopa Razin Ələmdar dədəmin damından çizmələrini çalıb qaçanda yenə darılmamışdım, sevmişdim səni. Bu sevgi böyütmüşdü boyunu... Mən səni sevdikcə şişirdin,yekəlirdin, səni qucumağa yetməyəcək qədər. Əfsanə yaratıqlar kimi. Bir gün səndən soyumadım... Sevdim səni, Rusiya. Dəmir barmaqlıqlar ardından məhbusuna payok itələyən türmə nadzorlarını onun məhbusu sevən kimi sevdim. Göyçək Fatmanın ögey anası, yetim evlərinin göbəkli baxıcısı, İsanın şeyx Nəsrullahı... Sənə Şeytan deyib daşlarkən yenə sevdim səni... Məcnunun oldum sən Leylanın. Çox çilələr çəkdim, qəmlər yedim, sürgünlərdə çürüdüm... Adıma "çornu jop" dedin,əzizlədin, başıma pambıq kollarının arasında dezodorantlar səpdin mərgümüşlü, qıymadın tankların, təyyarələrin dəmir soyuğuna, stroybatlarda kef çəkdirdin könlümə xatir... O üzdən sevdim səni Rusiya. Bir gün Dəmir qapıda bitəcək bu həsrət, petrol borularında axıb gedəcək göz yaşlarım, 195 ci trenlə dönəcəyəm ilk görüş yerimizə. Səni daha çox, həm də çox sevəcəyəm, Rusiya! Bəklə məni! *** payok(rusca)-məhbus yeməyi türmə nadzoru-məhbəs bəkçisi,gardiyan "çyornı jop"(rusca)-"siyah g..t" Dəmir qapı-Dərbənd |
Sevgilerin en yücesini canı gönülden anlatmışsınız...
Gönlüne ve duygularına sağlık...
........................................ Saygı ve selamlar..