QƏDRİNİ BİLMƏDİK
***
*** Heyf,o vaxtın,zamanın, çağın qədrini bilmədik. Günü gündən gün qaralan ağın qədrını bilmədik. * Yuxuladıq xornasına, düdüyünə,zurnasına, göl ağladıq durnasına, vağın qədrini bilmədik. * O çəmənlik,seyran getdi, gələn baxdı heyran getdi, qatığımız ayran getdi, yağın qədrını bilmədik. * Ayaq qoyduq basdıq yüngül, bir ayaqdan asdıq yüngül, dərd yüngülsə yastıq yüngül, sağın qədrini bilmədik. * Şahı bekara buyurduq, elə nökərə buyurduq, yükü təkərə buyurduq, cağın qədrini bilmədik. * Kar vermir maya arxamız, üz üstü Aya arxamız, bilmədik,qaya arxamız dağın qədrini bilmədik. *** |
BABALAR GÜNÜNÜZ KUTLU OLSUN - (17.06.2018)
............................................... Saygı ve selamlar..