ÖLÜM İNCİYİR İNCİSİN
***
" " " Ağlımdan,zehnimdən gərək silim,inciyir incisin. Yaşamaqdır fikrim hələ, ölüm inciyir incisin. " Yel qovanım yaşım hələ, xamım hələ,naşım hələ, bir əlim bir başım,hələ, əlim inciyir incisin. " Zülmün üzü bəri,bərkmiş, gönü qalın,dəri bərkmiş, bu tarlanın yeri bərkmiş, kəlim inciyir incisin. " Mən ağac,oyyy...cəhənnəmə, bu buxun-boy cəhənnəmə, qırsınlar qoy,cəhənnəmə, şəlim inciyir incisin. " Ay ana,bir lavaş bişir, közü dağıt,yavaş bişir, sən allah,südlü aş bişir, həlim inciyir incisin. " " " |
BEĞENDİM...