NƏ QALDI? (dodaqdəyməz təcnis)
Seyrə çıxdın, nəzər etdin hər yana,
Yığdın-yığışdırdın, axır nə qaldı? Girdin arsız-arsız şeytan şərinə, Elə saldın nə haraydı, nə qaldı? Didən ağlar indi halala sarı, Yerin atəş-nardı, ha lala sarı. Xeyri nədi, işin halala sarı, Axırın sarsağın axırna qaldı. Əflatun, nadanlar çəkər tərsinə, Tər insanlar tər istəyər tər sinə. Hərcayının astarı nə, tərsi nə? Hədyan danışanlar axır naqaldı. |