AY ÜZƏ-ÜZƏ (Təcnis )
Yaradan nə gözəl bəzəyib səni,
Xalları nəqş edib ay üzə-üzə. Yanağın bənzəyir bir cüt laləyə, Könlüm həvəslənir ay üzə, üzə. Kirpiklərin hazır durub dər yaya, Gözlərinə ümman deyim, dərya ya? Saldı baxışların məni dəryaya, Qaldım dərinlərdə ay üzə-üzə. Eşqin girdabında yanana bir bax, Gör ki Əflatundu yanan, a bir bax. Ya əhdi-peymana, ya nana bir bax, Yetirdin dərdimi a yüzə-yüzə. |