GÖZƏLDİR
Soruşursan məndən bizim yerləri,
Bu tərəfin hər qarışı gözəldir. Dağ-dərəsi gül-çiçəklər qoxuyur, Həm baharı, həm də qışı gözəldir. Sehrlidir bülbüllərin şən səsi, Heyran edir yaxın-uzaq hər kəsi. Bitmək bilməz qonaqların həvəsi, Meşələrin əlvan quşu gözəldir. Addım atsan üzü bəri Qazaxdan, Yay günündə üşüyərsən sazaxdan. Ağ örpəyi göz oxşayır uzaxdan, Dağlarımın dümağ başı gözəldir. Mehman olsan gözüm üstə yerin var. Dost gəlişi bayram olar, toy olar. Açar süfrə naz-nemətdən bəhrə-bar, Anaların plov, aşı gözəldir. Bir dost kimi gəlişini öyərəm, Dost yolunda qəm-kədəri döyərəm. Fəxarətlə gen qol açıb deyərəm, Əflatunun can sirdaşı gözəldir. 11.06.2018. |