DÜZÜ DÜZ
Mübahisə qan qaraldar, can yaxar,
Bacarırsan, sözlərinə düzü düz. Cəhlə girmə bilmədiyin bir işdə, Dil dolaşar danışanda düzüdüz. Mən müştaqam həqiqətə, düz ünə, Müxənnətin əyrisi nə, düzü nə? Oxumuşam Haqq kəlamın düzünə, Söz deyərəm söhbətimdə düzü-düz. Əflatunam, sözüm daim Haqqadı, Hər bir şeydən əziz bizə Haqq adı. İndi görək kimin sözü haqqadı, Araşdıraq əyrini həm, düzü, düz. |