BİR DƏNƏ
Bu qədər ki gözəlliyi yığıbsan,
Məlahətdə bir dənəsən, bir dənə. Mən demirəm, səni görən göz deyir, Gözəl gördüm gözəllərdə bir dənə. Mən vurğunam səndə olan dövrana, Ağuşunda illər itə, dövr enə. Könül quşum çox dolanır dövrənə, Həsrət qoyma sevgin adlı bir dənə. Sənə deyim qoy baharım, qoy yazım, Yazıma bax, çiçəklənsin qoy yazım. Gül üzünü vəsf eləyim, qoy yazım, Qəfil gələr mənə ölüm birdən ə... Belə gözəl heç görmədim bu sənə, Əflatuna deyir:"Yazıq, busan ə..." Bir canım var, peşkəş olsun bu sənə, Bundan özgə verim sənə bir də nə? |
KALBLER YÜREK OLANA KADAR"
......................İsmailoğlu Mustafa YILMAZ
....................................Saygı ve selamlar..