AH,OFELYA,OFELYA...
***
Gecələr qadınsız çox uzun olur... sən mənim ən uzun gecəm olsaydın, dan üzü yanardı gecə yarısı... Ah Ofelya,Ofelya! Mən də yaşasaydım kölgələr kimi, yatmayıb gəlsəydim dan üzü sənə... Həya pərdə çəkir sübhün üzünə, hava işıqlaşır, açma yaxanı, ömrümdə bir dəfə əlimə düşüb, götürüb əlimdən qaçma yaxanı... Ah,Ofelya,Ofelya!... *** |