MƏN QAPI ÖRTMƏKDƏN YORULDUM DAHA
***
*** Açırlar örtmürlər,taybatay qalir, Mən qapı örtməkdən yoruldum daha. Açırlar,açılı neçə ay qalır, Mən qapı örtməkdən yoruldum daha. * Səsi duyulmayır külək açanın, Utana-utana dilək açanın, Sınsın hancaması kələk açanın, Mən qapı örtməkdən yoruldum daha. * Böyük sarayların dev qapıları, Otaq qapıları,ev qapıları, Az oxşa,əzizlə,sev qapıları, Mən qapı örtməkdən yoruldum daha. * Yol açan,yol verən yolaq qapılar, Qapıdan qapıya calaq qapılar, Neçə kəsiləsi qulaq qapılar, Mən qapı ôrtməkdən yoruldum daha. * Məəttəl qalmışam dəmir üzünə, Fərman sifətinə,əmr üzünə, Adamın sözünü demir üzünə Mən qapı örtməkdən yoruldum daha. * Varsa var yoxsa yox... Şah qapısı var, Gah bağlı,gah açıq ah qapısı var, Yalandı deyirlər haqq qapısı var, Mən qapı örtməkdən yoruldum daha. *** |
Kalemin susmasın
__________________________Selamlar