XƏBƏRİN VARMI?
Şeir adlı bağ-bağçamın ətrini
Mən səndən almışam, xəbərin varmı? Sözlərinə, hər kəlmənə vurulub, Divanən olmuşam, xəbərin varmı? Həmişə gözlərim səni arıyıb, Gilələnib, yaş yanaqda quruyub. Zülfün kəmənd olub məni sarıyıb, Sehrində qalmışam, xəbərin varmı? Əflatunam, haqqa tutub üzümü, Yazıram kağıza hicran sözümü. Sellərin qoynuna verib özümü, Dəryaya salmışam, xəbərin varmı? |
Kalemden dökülenlerin şiirleşmesi...
........................................... Saygı ve selamlar..