BÜLBÜL
Oxuyursan nə həvəslə,
Nə sevgiylə, oxu bülbül. Səsin məni heyran edib, Getməz gözə yuxu, bülbül. Yenə qəlbim coşub yaman, Şən avazın dərdə dərman. Bilsən sənə necə heyran İnsanların çoxu, bülbül? Əflatunun dərdi çoxdu, Hey çəkdiyim gizli axdı. Nəğmən məni oda yaxdı, Nə cür deyim axı, bülbül? |