GƏRAYLI-GÖZƏLLƏMƏ
İlahidən nurmu enib,
Ərş üzündən yön bərisən. Yerə-göyə lərzə düşər, İşvə-nazla sən yerisən. Boy sürahi deməlimi, Qamətini öyməlimi, Dil-dodağın yeməlimi, Sən mələksən ya pərisən? Ləblərindi şirin şəkər, Dodağından bal tökülər. Aşiqlərin həsrət çəkər, Gözəllərin dilbərisən. Üzün döndər bircə bəri, Cismim sümük, bir də dəri. Gör nə qədər sevənləri Eyləyibsən sərsəri sən. Nə kəməndə saldın məni, Varlığımdan aldın məni. Dilim tərif eylər səni, Əflatunun əzbərisən. 22.04.2018. |
....................................................Rudyard Kipling.
ŞİİRİNİZİ BEĞENDİM... .......................... Saygı ve Selamlar..