A YAĞI MİNDİ ( Təcnis )
Yerisəm, yüyürsəm çata bilmərəm,
Şeytanın güclüdü ayağı, mindi. Təbibin məlhəmi əlac eyləmir, İndiki zamanda ay ağı mindi. Yaman çoxalıbdı ayaqlar qazan, Dövran bəd gəlibdi, hanı xan Qazan? Ocaq öləziyib, qaynamır qazan, Daha şora dönüb a yağım indi. Aldanma hiyləyə canım, ala sən, Görürəm qatırsan canı mala sən. Durmusan marıtda canım alasan, Öldürməkdi qəsdin a yağım indi. Acgöz vardan doymur, elə hey daşır, Əflatun çaylar tək qaynayıb daşır. Sözüm yaman dolub sinəmdə, daşır, İstərəm şıdırğı a yağım indi. 12.05.2018. |
Şahane bir anlatım...
Emeğine sağlık, beğendim...
......................................... Saygı ve selamlar..