GÖZƏLLİKDİ
Dünyanın bəzəyi olub əzəldən,
Uca dağ başında qar gözəllikdi. Ağlı kəm olana nə lazım dövlət, Başda ağıl olsa, var gözəllikdi. Böyüklər sərvəti hünər, dəyanət, Qismət olsa Haqdan gələr inayət. Oğulda lazımdı qeyrət, mətanət, Qızda ismət, həya, ar gözəllikdi. Əflatun müxtəsər desin sözünü, Heç kim xar eyləməz özü-özünü. Axtarsan belədir işin düzünü, Kişidə vəfalı yar gözəllikdi. 18.04.2018. |
Güzel şiirinizi çok beğendim...
.............................................. Saygı ve Selamlar..