3
Yorum
4
Beğeni
5,0
Puan
904
Okunma
Bir dünya gəzirəm qəmsiz-kədərsiz,
Nə qeybət, nə yalan olmasın orda.
Gözlərdən tökülsün sevinc yaşları,
Heç kimin sevgisi solmasın orda.
Gözəllik nuruna boyansın üzlər,
Həmişə xeyirə salınsın izlər.
Şad xəbər söyləsin deyilən sözlər,
Dərd-ələm ürəyə dolmasın orda.
İnsanlar arzuya, istəyə çatsın,
Narahat fikiri içindən atsın.
Xeyirxah əməllər başları qatsın,
Şər-böhtan yerini almasın orda.
Çəkilsin, yox olsun qaranlıq pərdə,
Xoş məna gəzirəm hər gizli sirdə.
Mənim arzularım olmayan yerdə,
Deyin Əflatuna, qalmasın orda.
06.04.2018.
5.0
100% (3)