MƏNİM ARZULARIM
Bir dünya gəzirəm qəmsiz-kədərsiz,
Nə qeybət, nə yalan olmasın orda. Gözlərdən tökülsün sevinc yaşları, Heç kimin sevgisi solmasın orda. Gözəllik nuruna boyansın üzlər, Həmişə xeyirə salınsın izlər. Şad xəbər söyləsin deyilən sözlər, Dərd-ələm ürəyə dolmasın orda. İnsanlar arzuya, istəyə çatsın, Narahat fikiri içindən atsın. Xeyirxah əməllər başları qatsın, Şər-böhtan yerini almasın orda. Çəkilsin, yox olsun qaranlıq pərdə, Xoş məna gəzirəm hər gizli sirdə. Mənim arzularım olmayan yerdə, Deyin Əflatuna, qalmasın orda. 06.04.2018. |
Gönlünüz ve kaleminiz daima üretken olsun...
.............................................. Saygı ve Selamlar..