SÖZÜNÜ BİLMƏZİ HƏCV
Ağlı çaşqın, işi bərbad, gör, özünü ustad sanır,
Həcvi-hədyan sözlər ilə ünvanını bir ad sanır. Gözəllikdən yox xəbəri, çirkablarda çabalayır, Baş aparır, zəhlə tökür, gər özünü bir zad sanır. Yəqindir ki görməyibdir aqil üzü bu dünyada, Acı, zəhər sözlərini şəkər kimi bir dad sanır. Nə dediyi sözlərində yox rabitə, könül qırar, Bu Əflatun beləsinə həm özünü çox yad sanır. |