Qoşma
Dünyanın gərdişi, taleyin işi
Hər insan önündə qurur min fəndi. Güllü bağ sandığın bu yer üzündə Bir də görürsən ki əsən tufandı. Söyləsəm içimdə nə çəkdiyimi, O zaman görərsən mən əkdiyimi. Yer tutmaz, göy tutmaz bu tökdüyümü, Gəl məni sorğuya çəkmə əfəndi. Dövran fərq qoymayır bu ölü, bu sağ, Əflatunun dərdi çiynində bir dağ. Mən dərzi olmuşam, qismətimə bax, Elə hey biçdiyim ağdı, kəfəndi. |
Çok seviyorum şiirlerinizi...
Tebrik ve saygıyla...