QADIN GÜLÜŞÜ
Ömür bir tükənməz sevinclə daşar,
Ürəkdən gələrsə qadın gülüşü. Zülmət gecələr də aydınlıq olar, Sevgidən gülərsə qadın gülüşü. Dünyanı dəyişib cənnət eyləyər, İstəsə zamanı tutub əyləyər. Hər kəlmə başında o, "can" söyləyər, Məhəbbət alarsa qadın gülüşü. Sirli möcüzədir anlayan olsa, Haqqdan ərməğandır hər kim ki alsa. Qiyməti sonsuzdur ölçüyə qalsa, Fərəhlə dolarsa qadın gülüşü. Onun həvəsiylə insanlıq gülər, Hər kini, nifrəti kökündən silər. Əflatun varlığın dövləti bilər, Beləcə qalarsa qadın gülüşü. |