DƏRDƏM ƏN GÖZƏL
Saldın bir dərmansız azara məni,
Söylə, necə dözüm dərdə mən, gözəl? İnsaf eylə daha, öldürmə məni, Olmuşam içimdə dərd əmən, gözəl. Həmişə yar könlün gərək yar alı, Yaman olur eyləyəndə yar alı. Varmı mənim kimi qəlbi yaralı, Sailəm, yaxşı bax, dərdə mən, gözəl. İki ürək birləşibən ola ram, Ay Əflatun, sən də dincəl, ol aram. İlahi sevgiyə qurban olaram, Ona kəm baxana dərdəm ən gözəl. |
Çok içten çok samimi çok sıcak ifadeler
şiiri okurken su gibi takıntısız pürüzsüz
satır geçişleri mükemmel
finişe yaklaştık ca heyecanı artıran
bir paylaşım olmuş kutlarım şair yüreğini