BİLMƏZ
Bir kəsə ki Haqqın özü yar ola,
Yüz namərd yığılsa zor ola bilməz. Mövlam özü köməyində durarsa, O qulun haqqını şər ala bilməz. Mərdin əskik olmaz üzdə vüqarı, Həmişə can atar doğruya sarı. Müxənnətin iblis yoldaşı-yarı, Nanəcib süfrəni gen sala bilməz. Deyim sözlərimi, eşitsin qanan, Aqilə verərəm canımı inan. Qarğa məclisində olsa da canan, Əflatun o yerdə heç qala bilməz. |
Kalemin susmasın
____________________________Selamlar