NAZLANA-NAZLANA
Səhər yola çıxan gözəl
Gəzir nazlana-nazlana. Aşiqinin bağrın başın Əzir nazlana-nazlana. Bənzəri var qızılgülə, Çox çalışdım tutam dilə. Yaxasını vermir ələ, Süzür nazlana-nazlana. Dedim gözəl, halım yaman, Vüsalını eylə dərman. Ölümümə hazır fərman Yazır nazlana-nazlana. Əflatuna görün neylər, Aradabir qaş-göz eylər. Ürəyimə iti millər Düzür nazlana-nazlana. |